ŞəxsiyyətYazıçıDramaturqAlim

Bioqrafiya  

 

ELÇİN (1943)

Əfəndiyev Elçin İlyas oğlu – nasir, dramaturq, tənqidçi, ədəbiyyatşünas, ictimai və dövlət xadimi, 1968-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru, professor, Azərbaycanın Əməkdar incəsənət xadimi (1984), xalq yazıçısı (1998).

1943-cü il mayın 13-də Bakı şəhərində ziyalı ailəsində doğulmuşdur. Burada orta məktəbi bitirdikdən sonra ADU-nun filologiya fakültəsində təhsil almışdır (1960-1965).

Universitetin elmi şurasının zəmanəti iə Azərbaycan EA Nizami adına Dil və Ədəbiyyat İnstitutunun aspiranturasına daxil olmuşdur (1965-1969). «Azərbaycan bədii nəsri ədəbi tənqiddə (1945-1965)» mövzusunda namizədlik (1969), «Ədəbiyyatda tarix və müasirlik problemi» mövzusunda doktorluq (1997) dissertasiyalarını müdafiə etmişdir.

Ədəbi fəaliyyətə 1959-cu ildə «Azərbaycan gəncləri» qəzetində çap etdirdiyi «O inanırdı» adlı ilk hekayəsi ilə başlamışdır. Bundan sonra dövri mətbuatda hekayə, povest, roman və ədəbi-tənqidi məqalələri ilə müntəzəm çıxış edir, pyesləri Azərbaycanın və xarici ölkələrin bir çox teatr səhnələrində tamaşaya qoyulur.

Onun Azərbaycan sovet ədəbi tənqidi haqqında məqaləsi «Drujba narodov» jurnalının 1973-cü ildə «Ən yaxşı məqaləyə görə» mükafatına layiq görülmüşdür. Hekayələri SSRİ Yazıçılar İttifaqının «Nedelya» həftəliyinin (1982), «Literaturnaya qazeta»nın (iki dəfə 1983 və 1994), «Smena» jurnalının (iki dəfə 1977 və 1984), eləcə də bir çox digər ədəbi orqanların, beynəlxalq qurumların mükafatlarını almışdır. Ssenariləri əsasında yeddi bədii film çəkilmişdir.

O, Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunun nəzəriyyə şöbəsində kiçik elmi işçi (1969-1972), böyük elmi işçi (1972-1975), Azərbaycan Yazıçılar İttifaqı idarə heyətinin katibi (1975-1987), xaricdə yaşayan həmvətənlərlə Azərbaycan mədəni əlaqələr – «Vətən» cəmiyyətinin sədri (1987-1993) olmuşdur. Azərbaycan Ali Soveti xarici işlər komissiyasının üzvü seçilmişdir (1988).

Hazırda Azərbaycan Respublikası Baş nazirinin müavini vəzifəsində çalışır (1993-cü ildən). Bir çox redaksiya heyətlərinin («Azərbaycan», «Drujba narodov» (Moskva) jurnallarının və s.), bədii şuraların, elmi sovetlərin, beynəlxalq ədəbi, ictimai və siyasi qurumların üzvüdür. Azərbaycan KP Mərkəzi Komitəsinin, eləcə də Bakı şəhər Komitəsinin üzvü seçilmişdir (1977-ci ildən). SSRİ Lenin Komsomolu mükafatına layiq görülmüşdür (1982). Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir (1988). Avstriya, Yuqoslaviya, Macarıstan, Rumıniya, Türkiyə, Tunis, Bolqarıstan, Qana, İngiltərə, Çin, Fransa, İspaniya, Lüksenburq, Portuqaliya, Monakko, Çexiya, Yunanıstan, İran, İtaliya, Sloveniya, Xorvatiya, Pakistan, Slovakiya və sair ölkələrdə rəsmi səfərlərdə və ezamiyyətlərdə olmuşdur. Məkkədə Müqəddəs Kəbəni və Mədinədə Həzrət Peyğəmbərin qəbrini, eləcə də Müqəddəs Kərbəlanı ziyarət etmişdir (1994).

Bədii əsərləri SSRİ xalqlarının dillərinə, eləcə də ingilis, fransız, ispan, türk, ərəb, fars, macar, alman, çex, slovak, bolqar və digər dillərə tərcümə olunmuş, kitabları çıxmışdır. Xarici ölkə yazıçılarının bir sıra əsərlərini Azərbaycan dilinə çevirmişdir.

«Şərəf nişanı», «Xalqlar dostluğu», «İstiqlal» və «Şərəf» ordenləri ilə təltif olunmuşdur (1986-2013).

Azərbaycanda çap olunmuş kitabları:

1. Min gecədən biri (hekayələr), B., Azərnəşr, 1966, 100 səh., 9.000 nüs.

2. Açıq pəncərə (povest), B., Azərnəşr, 1969, 155 səh., 14.000 nüs.

3. SOS (povest), B., Gənclik, 1969, 95 səh., 14.000 nüs.

4. Gümüşü, narıncı, məxməri… (hekayələr), B., Gənclik, 1973, 154 səh., 13.500 nüs.

5. Bu dünyada qatarlar gedər (hekayələr), B., Azərnəşr, 1974, 234 səh., 20.000 nüs.

6. Bir görüşün tarixçəsi (povest və hekayələr), B., Azərnəşr, 1977, 339 səh., 35.000 nüs.

7. Povestlər, B., Gənclik, 1979, 200 səh., 40.000 nüs.

8. Günay, Yalçın, Nigar, bir də Səlim (uşaq hekayələri), B., Gənclik, 1980, 31 səh., 17.000 nüs.

9. Tənqid və ədəbiyyatımızın problemləri (monoqrafiya və məqalələr), B., Yazıçı, 1981, 360 səh., 6.000 nüs.

10. Bülbülün nağılı (hekayə və povestlər), B., Yazıçı, 1983, 420 səh., 40.000 nüs.

11. Mahmud və Məryəm (roman və povestlər), B., Gənclik, 1983, 420 səh., 40.000 nüs.

12. Beş dəqiqə və əbədiyyət (hekayələr və povestlər), B., Gənclik, 1984, 372 səh., 40.000 nüs.

13. Mahmud və Məryəm (roman və povestlər), B., Gənclik, 1984, 360 səh., 40.000 nüs.

14. Ağ dəvə (roman), B., Yazıçı, 1985, 355 səh., 40.000 nüs.

15. Klassiklər və müasirlər, B., Yazıçı, 1987, 406 səh., 4.000 nüs.

16. Seçilmiş əsərləri (2 cilddə), I c., B., Azərnəşr, 1987, 452 səh., 40.000 nüs.

17. Seçilmiş əsərləri (2 cilddə), II c., B., Azərnəşr, 1987, 443 səh., 40.000 nüs.

18. Bülbül, B., Yazıçı, 1988, 40 səh., 20.000 nüs.

19. Ölüm hökmü (roman), B., Yazıçı, 1989, 365 səh., 20.000 nüs.

20. Ömrün son səhəri (hekayələr və povestlər), B., Gənclik, 1993, 476 səh., 10.000 nüs.

21. Özümüz və sözümüz, B., Azərnəşr, 1993, 11 səh., 15.000 nüs. (şərikli).

22. Məhəmmədəmin Rəsulzadə (oçerk), B., Şərq-Qərb, 1994, 21 səh., 20.000 nüs.

23. Bəstəkarın vətəndaş sözü, B., Azərnəşr, 1995, 87 səh.

24. Dəlixanadan dəli qaçıb, B., Gənclik, 1996, 194 səh.

25. Klassik aşıq poeziyasında dünya obrazı, B., Azərnəşr, 1996, 48 səh.

26. Humayın yuxusu (hekayələr), B., Gənclik, 1989, 52 səh.

27. Nəriman Nərimanov: şəxsiyyəti və fəaliyyəti, B., Azərnəşr, 1997, 30 s.

28. Şəxsiyyət və istedad (Cəfər Cabbarlı), B., BMT, 2000, 85 səh.

29. Baladadaşın ilk məhəbbəti (hekayələr), B., Qapp-Poliqraf, 2000, 480 s.

30. Ədəbiyyatımızın yaradıcılıq problemləri (məqalə və monoqrafiyalar), B., «Təhsil», 1999, 570 s.

31. Tənqid və nəsr (monoqrafiya), B., «Günəş», 1999, 214 s.

32. Cəfər Cabbarlı, B., Azərnəşr, 2000, 32 s.

33. Romanlar («Mahmud və Məryəm», «Ağ dəvə»), B., Çinar-Çap, 2003, 500 s.

34. Bayraqlar (povest), B., Qapp-Poliqraf, 2003, 170 s.

35. Azərbaycan ədəbi tənqidinin və ədəbi prosesin problemləri (məqalələr), B., Çinar-Çap, 2003, 303 s.

36. Seçilmiş romanlar, B., Avrasiya Press, 2005, 430 s., 25.000 nüs.

37. Seçilmiş əsərləri (roman, pyes, povest və hekayələr), B., Çaşıoğlu, 602 s.

38. Ədəbi düşüncələr (esselər), B., Qapp-Poliqraf, 2002, 300 s.

39. Seçilmiş əsərləri (on cilddə), I c., B., Çinar-Çap, 2005, 624 s.

40. Seçilmiş əsərləri (on cilddə), II c., B., Çinar-Çap, 2005, 522 s.

41. Seçilmiş əsərləri (on cilddə), III c., B., Çinar-Çap, 2005, 590 s.

42. Seçilmiş əsərləri (on cilddə), IV c., B., Çinar-Çap, 2005, 588 s.

43. Seçilmiş əsərləri (on cilddə), V c., B., Çinar-Çap, 2005, 494 s.

44. Seçilmiş əsərləri (on cilddə), VI c., B., Çinar-Çap, 2005, 580 s.

45. Seçilmiş əsərləri (on cilddə), VII c., B., Çinar-Çap, 2005, 568 s.

46. Seçilmiş əsərləri (on cilddə), VIII c., B., Çinar-Çap, 2005, 552 s.

47. Seçilmiş əsərləri (on cilddə), IX c., B., Çinar-Çap, 2005, 508 s.

48. Seçilmiş əsərləri (on cilddə), X c., B., Çinar-Çap, 2005, 476 s.

49. Sadəlik və müdriklik (esse), B., AzRosProomİnvest, 2007, 150 s.

50. Qarabağ şikəstəsi (hekayələr), B., Mütərcim, 2009, 48 s.

51. Günay, Humay, bir dənə günəbaxan və qırt toyuğun cücələri. B., Beşik, 2009, 18 s.

52. Küləyin, Çinarın və qaranquş balasının nağılı. B., Beşik, 2009, 19 s.

53. "Qarabağ şikəstəsi". hekayə,"525-ci qəzet"in "525 Kitab" seriyası, "Dünya ədəbiyyatı" dərgisinin dəstəyi ilə, B., Mütərcim, 2009, 48 s.

54. Qəhrəman Aysu, qara pişik və cıqqılı siçanın nağılı. B., Beşik, 2009, 27 s.

55. Mənə niyə gülürlər? B., Beşik, 2009, 27 s.

56. Ömrün anları. Fotoalbom. tərt. ed. A.Əfəndiyeva, B., Çinar-çap, 2009, 655 s.

57. Balaca qırmızı çiçək və Gilas qız. B., Beşik, 2010, 23 s.

58. Sosrealizm bizə nə verdi? Sovet dövrü ədəbiyyatı haqqında. Məsələnin qoyuluşuna dair. B., Mütərcim, 2010, 76 s.

59. Pyeslər. B., Çaşıoğlu, 2012, 944 s.

 

"Seçilmiş əsərləri"

Elçin; ön söz. müəl. V.Bəhmənli.- Təkrar nəşr.- Bakı: Avrasiya Press, 2005.- C.2.- 424 s.